Qazaxıstanda sərnişin təyyarəsi qəzaya uğradı: 22 ölü
  • Qazaxıstanın Almatı şəhəri yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb. "Scat" aviaşirkətinə məxsus "Challenger-200" tipli təyyarə Kokşetau-Almatı reysini həyata keçirirmiş.

Təyyarənin göyərtəsində 16-sı sərnişin, 6-sı ekipaj üzvləri olmaqla, 22 nəfərin olduğu bildirilir. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza nəticəsində göyərtədə olanların hamısı ölüb.

Hazırda hadisə yerində 20-dən çox xilasedici və yanğınsöndürən işləyir. Qəzanın baş vermə səbəbləri hələlik məlum deyil. Bu məqsədlə xüsusi işçi qrupu yaradılıb.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.