"Əl çəkin məndən, boşanmamışam!"
  • Müğənni Kərim: "Kaş ki, böyüklərimin sözlərinə qulaq asaydım" "Əl çəkin məndən. Çox xoşbəxtəm, boşanmamışam". Bu sözlər müğənni Kərim Abbasova məxsusdur.

10 aydır evlənən müğənni barəsində gəzən boşanma şayiələrinə emosiyalarla münasibət bildirib: "Nə istəyirsiz? Bəsdirin, yalandan söz-söhbət çıxartdınız".Kərim etiraf etməkdən də çəkinməyib. O, iki il bundan öncəki həyatını ömründən silmək istəyini dilə gətirib: "İki il bundan qabaq yaşadığım çox şeyləri həyatımdan silmək istərdim. Həmin illərdə yaşadıqlarımın çoxunu unutmaq istəyirəm. Kaş ki, böyüklərimin sözlərinə qulaq asaydım. Kaş ki, bunların heç biri olmayaydı".Qeyd edək ki, bütün bunlar ANS TV-nin "Red Studiya" verilişində baş verib. Kərim ad çəkməsə də, söhbətin ilk evlilik həyatından getdiyi hər kəsə məlum idi. Xatırladaq ki, Kərim 06.12.2010 tarixində öz yaxın qohumu ilə ailə qurub. İkinci dəfə evlənən müğənninin keçmiş həyat yoldaşı tanınmış prodüser Təranə Səmədovadır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.