Azərbaycanın tanınmış telejurnalisti, yazıçı Zakir Sadatlı vəfat edib
  • Azərbaycan jurnalistikasına ağır itki üz verib. Azərbaycanın tanınmış telejurnalisti, yazıçı Zakir Sadatlı bu gün dünyasını dəyişib.

Z. Sadatlı xeyli müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mərhum doğulduğu Cəlilabad rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, fevralın 2-də Zakir Sadatlı qızına toy edib. Bu yaxınlarda isə yazıçının Əfqanıstanda 2 il ərzində gördüklərindən bəhs edən “Əfqanıstan uçurumu” adlı kitabı çapdan çıxıb. Lent.az-ın kitabxanası seriyasından nəşr olunan kitabın yaxın günlərdə təqdimatı keçiriləcəkdi.

Allah rəhmət eləsin!

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.