Şou-biznesin cinsi çoxluqları fotolarını kim yayıb?
  • Bir neçə gün öncə mətbuatda “Azərbaycan şou-biznesinin cinsi çoxluqları” başlığı ilə yayılan fotolar qalmaqala səbəb olub.

Şəkil sahibləri özəl ad günündə çəkilən fotoların kim tərəfindən yayıldığını tapmağa çalışır. 

Hətta fotoları yayan şəxsin prodüser Zorik olduğu iddia edilir. İttihamları rədd edən Zorik isə şəkilləri əslində stilist Pərvizin yaydığını açıqlayıb:

“Fotoqraf şəkillərin yer aldığı diski Pərvizə verib və öz kompüterindən silib. Şəkilləri də elə stilist özü yayıb. Bu işdə mənim adımı hallandırmasınlar, çünki belə ucuz reklamlara ehtiyacım yoxdur”.

Qeyd edək ki, fotolar ilk dəfə "Qafqazinfo" saytında yerləşdirilib. Bir çox transseksual insanların da görüntüləndiyi bu fotolarda Rus Dram Teatrının aktrisası Naina İbrahimova, teleaparıcı İlahə Nazimqızı, rejissor Zorik, stilist Pərviz və müğənni Xatun da var.

Samirə Salahova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.