Nazir oğlu ölkədən qaçdı
  • Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov dünən axşam saatlarında ölkəni tərk edib.

Bu barədə tanınmış şəxslərdən biri məlumat verib. Məlumatlı şəxsin sözlərinə görə nazir oğlunun ölkədən çıxması ona yaranacaq ciddi təhlükələrin olması ilə bağlıdır. Vüqar Ələkbərovun bir müddət xarici ölkələrin birində qalacağı bildirilir.

Qeyd edək ki, prezident İlham Əliyev ötən gün çıxışında məmurları hədələmişdi. Hətta onların övladlarının qudurğanlıq etdiyini bildirmişdi. Prezident çıxışında “…atası işdən çıxarılacaq, oğlu həbs ediləcək” kimi ifadə də işlətmişdi. Bu çıxışda nazir Füzuli Ələkbərov və onun oğlu Vüqar Ələkbərovun nəzərdə tutulduğu açıq, aydın görünür. Çünki bir müddət öncə Vüqar Ələkbərov İsmayıllı camaatını söymüşdü və qəzəblənən əhali nazir oğlunu döyüb, otelini yandırmış, üsyana qalxmışdılar. Onu da qeyd edək ki, artıq İlham Əliyev İsmayıllının icra başçısını da vəzifəsindən azad edib.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.