Siyavuş Novruzov: İstəyirlər hərəkatın adını “El” yox, lap “Sel” qoysunlar...
  • Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvü Eldəniz Quliyev “El” hərəkatının martın 12-də təsis olunacağı ilə bağlı məlumat verib.

Bu hərəkata Ziyalılar Forumunun təsisçilərindən olan Eldar Namazovun rəhbərlik edəcəyi gözlənilir. Digər tərəfdən Forumun tanınmış üzvü Rafiq Əliyev bu hərəkatda təmsil olunmayacağı ilə bağlı açıqlama da verib. Həmçinin Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməyəcəyi ilə bağlı informasiyalar da yayılır.

Belə ziddiyyətli xəbərlərin yayılması fonunda bu hərəkatın meydana çıxması birmənalı qarşılanmır. “El” hərəkatına 2013-cü il prezident seçkisi öncəsi yeni siyasi qüvvə kimi yanaşanlar da var.

Həqiqətənmi siyasi müstəvidə yeni bir dönəm başlayır?

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun fikrincə, “El” hərəkatı sadəcə diqqəti cəlb etmək üçün ortaya atılmış bir təşkilatdır. O, bununla bağlı açıqlamasında deyib:

““El” hərəkatı oldu, olmadı onun ətraflna cəmləşən adamların nə mahiyyəti, nə də xüsusiyyəti dəyişiləcək. Həmçinin, cəmiyyətin də onlar haqqında fikri konkretdir. İctimaiyyət onları qəbul etmir və bu, belə də olacaq. Lap istəyirlər hərəkatın adını “El” yox, “Sel”, “Dağ”, “Qaya”  qoysunlar. Mahiyyət dəyişmir və tamamilə mənasız bir ideyadır. Sadəcə olaraq müəyyən dövrdə diqqəti cəlb etmək üçün atılmış bir addımdır. Özü də bu adamların Azərbaycanda heç bir sosial bazası, elektoratı yoxdur. Riyaziyyatda belə bir tərif var ki, toplananların yerini dəyişəndə, cəm dəyişmir. Bunlar da nə işə əl atsalar, nəticə ortadadır”.

Sabina Əsədova

(modern.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.