10 mart aksiyasına görə həbs və ağır cərimələr (SİYAHI)
  • Nəsimi və Səbail rayon məhkəmələrində aksiyaçılara sutkalıq həbs və cərimə cəzaları verilir:

Məhəmməd Məcidli (AXCP, sədrin müşaviri) - 7 sutka

Babək Həsənov (AXCP, keçmiş vicdan məhbusu) - 6 sutka

Türkel Əlisoy (AXCP) - 7 sutka

Elvin Baycan (AXCP) - 7 sutka

***

Renad Nəcəfov (AXCP) - 600 AZN

Aqil Əliyev (AXCP) - 600 AZN

Vüsal Bayramov (AXCP) - 600 AZN

Ənvər Hüseynov (AXCP) – 500 AZN

Təzəxan Mirələmli (AXCP) - 500 AZN

Nihad Hüseyn (AXCP) - 500 AZN

Tofiq Dadaşov (AXCP) -500 AZN

Ramin Musayev (AXCP) -  400 AZN

Taleh Məmmədov (AXCP) - 400 AZN

Əbülfəz Sadıxbəyli (Müsavat) - 600 AZN

Rauf Məmmədli (Müsavat) - 500 AZN

Şamil Beydullayev (Müsavat) - 500 AZN

Nicat Əmiraslanov (Müsavat) - 200 AZN

Azər Sadıqov (ADP) - 500 AZN

Osman Əhmədli (ADP) - 500 AZN

Cavid Qarayev (REAL) - 500 AZN

İlkin Əliyev - 500 AZN

Zaur Əkbər (Gənclər Klubu) - 300 AZN

***

Martın 11-də «Əsgər ölümünə son» şüarı ilə bir gün qabaq Bakıda keçirilən aksiya zamanı saxlanan azı 20 iştirakçı Nəsimi və Səbail rayon məhkəmələrinə gətirilib. Bu barədə "Azadlıq" radiosuna AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı məlumat verib. Onun sözlərinə görə, Nəsimi rayon məhkəməsinə gətirilənlərin üzündə xəsarət izləri olub: «Saat 11:30-da 5 nəfər AXCP üzvü Nəsimi rayon məhkəməsinə gətirildi. Bu yalnız bizim gördüklərimiz idi. Dəqiq say açıqlanmır ki, neçə nəfər saxlayıblar. Məhkəməyə gətirilənlərdən Renad Nəcəfovun və Ənvər Hüseynovun üzündə xəsarət izi var idi».

Nəsimi rayon məhkəməsinə AXCP üzvləri Nihad Hüseynov, Renad Nəcəfov, Elvin Baycan, Ramin Musayev, Ənvər Hüseynov gətirilib.

Səbayel Məhkəməsinə gətirilənlər Babək Həsənov, Təzəxan Mirələmli, Məhəmməd Məcidli, Zaur Məmmədov, Aqil Əliyev, Vüsal Bayramov, Türkel Əlisoy, Rauf Məmmədli, Şamil Beydullayev, İlkin Əliyev, Azər Sadıqov, Osman Əhmədlidir.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.