Bəşər Əsəd sürgünə göndərilə bilər
  • Rusiya BMT-də Suriyadakı vəziyyətin müzakirə edilməsinə “veto” ilə qarşı çıxıb. Nəticədə isə, Ərəb Birliyinin layihəsinə görə Bəşər Əsəd öz vəzifəsindən imtina etməli və səlahiyyətlərini təslim etməlidir.

Ərəb Birliyinin BMT-nin Təhlükəsizlik Konfransında irəli sürdüyü “Suriya layihəsi” Rusiyanın veto hədəsindən sonra yenidən müzakirəyə çıxarılıb səsverməyə qoyulacaq. Lakin bu layihədə Rusiyanı qane etməyən bir məsələ var: Suriya prezidenti Bəşər Əsədin vəzifəsindən ayrılması və onun yerinə köməkçilərindən birinin keçməsi. Rusiyanın tələbi ilə bu maddə dəyişdiriləcək. Layihənin yeni variantının hazırlanması və səsverməyə qoyulması bir neçə gün ərzində baş tutacaq.

Bəşər Əsədlə bağlı başqa bir iddia da var: “BMT-də Suriya məsələsi müzakirə edildiyi müddətdə ABŞ başda olmaqla Qərb dövlətləri və bəzi Ərəb dövlətləri Əsədin sürgünə göndərilməsinin tərəfdarıdırlar”.

“Reuters” xəbər verir ki, 3 ölkə Suriya prezidentinə qapılarını açmağa hazırdır. Bunlardan biri Birləşmiş Ərəb Əmirlikləridir. Digər 2 dövlətin adı açıqlanmır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.