Sarkozi Alen Jüppeni də susdurdu
  • Fransa prezidenti Nikolya Sarkozi və xarici işlər naziri Alen Jüppe arasındakı fikir ayrılığı artıq mətbuata da sızıb.

Fransa Senatında qəbul edilmiş qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi barədə Fransa prezidenti Nikolya Sarkozi və xarici işlər naziri Alen Jüppe arasındakı fikir ayrılığı artıq mətbuata da sızıb

Fransa-İsrail vəqfi ilə birlikdə təşkil olunan naharda Jüppe ətrafındakı şəxslərə qanun layihəsi barədə susma mövqeyində olduğunu deyib.
“Le Monde” qəzetinin internet saytında yer alan xəbərə görə, qanuna qarşı olduğunu üstüörtülü şəkildə ifadə edən Jüppe qeyd edib ki, bir nazir fikir ayrılığı olanda ya sakit durmalı, ya da istefa verməlidir. Hazırda mən susmağa üstünlük verirəm”.
Jüppe həmçinin indiki vəziyyətdən asılı olmayaraq Fransa ilə Türkiyə arasında münasibətlərin möhkəmlənəcəyinə ümid etdiyini bildirib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.