Keçmiş birinci xanım: "Dəli oluram"
  • 2017-ci ildə Fransada keçiriləcək seçkidə yenidən Yelisey sarayına geri dönməyi planlaşdıran keçmiş prezident Nikola Sarkozinin vəziyyəti yaxşı deyil.

"L’Oreal" firması ilə adı rüşvət qalmaqalında hallanan Sarkozinin müdafiəsinə həyat yoldaşı Karla Bruni qalxıb.

Yeni albomu ilə bağlı reportaj verən Bruni kövrək səslə danışaraq ərini müdafiə etməyə çalışıb. "İnana bilirsiniz, o anası yaşında bir qadından faydalanmağa cəhddə ittiham edilir. Bu çox ağırdır".

Keçmiş birinci xanım bu zamanları gərgin və əziyyətlə yaşadıqlarını deyib. "Bu barədə danışmaq çox çətindir. Özümü ifadə edə bilmədiyim üçün dəli oluram". Onun sözlərinə görə, əri soyuqqanlığını qoruyur və mübarizə ruhu var.

Qeyd edək ki, Sarkozi kosmetika nəhəngi olan "L’Oreal"in rəhbəri milyarder Lilianne Bettencourtdan qanunsuz olaraq pul almaqda ittiham edilir.

Əli Əliyev

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.