Bu il itirdiyimiz hərbçilərin sayı 29 nəfər çatdı
  • 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 29 nəfər təşkil edib.

"Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən, adlı siyahı üzrə 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 29 nəfər təşkil edib.

"Doktrina”dan verilən məlumata görə, ötən müddətdə 33 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə

dünyalarını dəyişənlərin 5-i döyüş (5 nəfər erməni gülləsi), 24-ü isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).

3 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma), 3 nəfər avtoqəzadan,  3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən,  1 nəfər ehtiyatsızlıqdan,  2 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. 7 nəfər intihar edib.

Dünyasını dəyişənlərin 24-ü Müdafiə Nazirliyinin, 1-i Dövlət Sərhəd Xidmətinin, 2-si Daxili Qoşunların, 1-i XDMI-nin, 1-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (33 nəfər) onların 8-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 1-i intihara cəhddən, 3-ü mülki şəxslərlə davadan, 6-ı erməni gülləsindən, 1 nəfər mina partlayışından, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın və s.), 10-u isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 30 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 3 nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.