Müşərrəf ev dustağı edildi
  • İslamabad şəhər məhkəməsi Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin 2 həftə ərzində həbs olunmasına dair qərar çıxarıb.

Qərara əsasən, Müşərrəf 2007-ci ildə hakimiyyətdə olarkən bir neçə hakimin qovulması və həbsinə göstəriş verməsi ilə əlaqədar, növbəti məhkəmə dinləməsinə qədər polis nəzarəti altında qalmalı olacaq.

Məhkəmə qərarından sonra İslamabad Administrasiyası Müşərrəfin bu müddəti öz bağ evində keçirəcəyini elan edib ki, bu da onun əslində ev dustağı edildiyi anlamına gəlir. Dünənki məhkəmə iclasına sabiq dövlət başçısı xeyli sayda asayiş keşikçisinin müşayiəti ilə daxil olub, dinləmələr gedən vaxt Müşərrəfin tərəfdarları və əleyhdarları məhkəmə binasının həyətində toplaşıb. Dinləmələrdən sonra Müşərrəf gecəni keçirdiyi polis mehmanxanasına geri aparılıb, günortadan sonra isə o şəhər kanarında yerləşən şəxsi mülkünə köçürülüb.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.