“Fələstinin beynəlxalq ictimaiyyətin tamhüquqlu üzvü olmaq haqqı var”
  • Azərbaycanın və Fələstinin xarici işlər nazirlərinin görüşü olub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqə səfəri çərçivəsində aprelin 21-də Fələstinin xarici işlər naziri Riad al-Maliki ilə görüş keçirib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Fələstinin xarici işlər naziri Azərbaycana dost və qardaş ölkə kimi yaxınlaşdığını vurğulayıb, bu səfərin Azərbaycanla Fələstin arasında münasibətlərin inkişafında mühüm addım kimi qiymətləndirib.

Tərəflər müxtəlif sahələr üzrə münasibətlərin inkişaf etdirilməsi barədə razılığa gələrək, münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıblar.

Fələstinin xarici işlər naziri Azərbaycanın bu gün mötəbər beynəlxalq təşkilatlarda, xüsusilə BMT TŞ, İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında nüfuza malik olduğunu qeyd edərək, Fələstinə verdiyi böyük dəstəyə görə təşəkkürünü bildirib.

E. Məmmədyarov Azərbaycanın regionda sülhün tezliklə bərqərar olmasının tərəfdarı olduğunu vurğulayaraq, ölkəmizin Fələstinə dəstəyini davam etdirəcəyini vurğulayıb.

Nazir Azərbaycanın iki dövlət prinsipini dəstəklədiyini vurğulayıb.

E. Məmmədyarov Fələstinin beynəlxalq ictimaiyyətin tamhüquqlu üzvü olmağa haqqı olduğunu və hər zaman olduğu kimi beynəlxalq təşkilatlarda Fələstini dəstəkləyəcəyini də qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verərək, Azərbaycanın sürətlə gücləndiyini və inkişaf etdiyini və gec tez öz ərazi bütövlüyünü bərpa edəcəyini vurğulayıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.