“Rüstəm İbrahimbəyovun Milli Şuranın rəhbəri olacağı gözləniləndir”
  • “Milli Şura yaranandan sonra onun necə bir təsisat olması məlum olacaq. İndidən bir şey demək çətindir”.

Bu sözləri modern.az açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn Rüstəm İbrahimbəyovun təklif etdiyi yeni qurumun perspektivini şərh edərkən deyib.  P. Hüseynin sözlərinə görə, bu, real bir prosesdir və onun yaxın günlərdə gerçəkləşəcəyi haqqında bəyanatların doğru olub-olmadığı da bilinəcək.

“Rüstəm İbrahimbəyov bu ideyanın müəllifidir. Bu baxımdan da həmin Milli Şura yaradılacağı təqdirdə onun rəhbərliyində Rüstəm İbrahimbəyovun olacağı gözləniləndir”- deyə eks baş nazir bildirib.

P. Hüseynin fikrincə, ancaq istənilən halda Milli Şura İctimai Palata, “El” Hərəkatı da daxil olmaqla demokratik qüvvələrin fəaliyyətini koordinasiya edən bir qurum ola bilər. “Bu Şuranın keçid dövrü üçün konkret platforma hazırlayan və bunu həyata keçirmək istiqamətində çalışan bir qurum olacağı təsəvvür ediləndir.

Amma yenə də konkret olaraq Milli Şura yarandıqdan sonra bu barədə dəqiq fikirlər söyləmək olar”-deyə vurğulayıb.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.