Rəşadət Axundovun şikayəti təmin olunmadı
  • Aprelin 22-də Bakı Apellyasiya Məhkəməsində həbsdəki gənc fəal Rəşadət Axundovun növbəti məhkəmə prosesi keçirilib.

Bu barədə “Yeni Müsavat”a “Nida” Vətəndaş Hərəkatının mətbuat xidmətinin rəhbəri Elmin Bədəlov məlumat verib. Onun sözlərinə görə, müdafiə tərəfi növbəti dəfə məhkəməyə R.Axundovun ev dustaqlığına buraxılması barədə vəsatət təqdim edib: “Lakin, Apellyasiya məhkəməsinin hakimi Elnur Əhmədov “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşadət Axundovun ev dustaqlığına buraxılması ilə bağlı şikayətini təmin etmədi”.

Qeyd edək ki, aprelin 17-i keçirilən məhkəmə prosesi zamanı da gənc fəalın vəsatəti təmin olunmamışdı. Nəzərinizə çatdıraq ki, “Nida” Vətəndaş Hərəkatının 7 üzvü - Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Rəşad Həsənov həbs olunub. İctimaiyyət gənclərin həbsini haqsızlıq kimi qiymətləndirir. Beynəlxalq “Amnesty İnternational” təşkilatı gəncləri vicdan məhbusu elan edib.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.