İran Silahlı Qüvvələri Baş Qərargahından seçki xəbərdarlığı
  • İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Həsən Firuzabadi aprelin 22-də jurnalistlərə prezident seçkisindən danışıb.

“Media forum” saytının məlumatına görə, Həsən Firuzabadi deyib ki, Silahlı Qüvvələr prezident seçkisi ərəfəsində ölkədəki vəziyyəti tam nəzarətdə saxlayır: “Silahlı Qüvvələrimiz 2009-cu ildə keçirilən prezident seçkisi zamanı fitnəni təcrübə etmiş bacarıqlı qüvvələrdir. Məhz buna görə də bu kimi təhlükələrin qarşısını almağı yaxşı bilir. Silahlı Qüvvələrimizin üzərinə qoyulan vəzifələrindən biri də odur ki, hər hansı hadisə baş verə biləcək yerləri indidən nəzarətdə saxlasın. Qüvvələrimiz prezident seçkisi zamanı ortaya çıxa biləcək hər hansı bir fitnənin qarşısını almağa tam hazır vəziyyətdədir”.

İranda prezident seçkisi bu ilin iyununda keçiriləcək.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.