ABŞ Azərbaycana sanksiya tətbiq edə bilər
  • Bu barədə bəzi ölkələrdə traffikinqə dair vəziyyətlə bağlı Dövlət Departamentinin hesabat layihəsində deyilir

Azərbaycan traffikinqə qarşı mübarizə üzrə effektiv addımlar atmasa, ölkə ABŞ tərəfindən sanksiyalarla üzləşə bilər. Bu barədə bəzi ölkələrdə traffikinqə dair vəziyyətə bağlı Dövlət Departamentinin hesabat layihəsində deyilir. Statusu 2 səviyyəsindən 3 səviyyəsinə endiriləcək bir neçə ölkədən ibarət siyahıya Azərbaycan da daxil edilib.

3 səviyyəsinə daxil olma Dövlət Departamentinin ən aşağı səviyyəsi və təsnifatıdır və ABŞ hökumətinin həmin ölkələrə qarşı sanksiya tətbiq etməsinin mümkünlüyü deməkdir”, - Dövlət Departamentindəki mənbə Turan-ın müxbirinə bildirib.

Azərbaycandan başqa digər beş ölkə 3 səviyyəsinə endirilib: Rusiya, Çin, Özbəkistan, İraq və Konqo. Hesabat üzərində iş davam etdirilir və o, iyunda açıqlanacaq. “Ölkələr daimi 2 səviyyəsində qala bilməz, onlar vəziyyəti ya yaxşılaşdırmalı, ya da səviyyə 3-ə keçməlidir. İran, Şimali Koreya, Kuba, Zimbabve kimi ölkələr artıq bu səviyyədədir”, - Konqresdəki mənbə Turan-a bildirib.

2012-ci ildə dünyada traffikinqin vəziyyəti üzrə hesabata görə, Azərbaycan fiziki və seksual istismar məqsədilə kişilərin, qadınların və uşaqların daşınması üçün ölkədir.

“Dövlət Departamenti bildirib ki, Azərbaycan hökuməti traffikinqdə əli olan dövlət məmurlarını açıq şəkildə cəzalandırmalı, qurbanların sosial reabilitasiyasını gücləndirməli və bu sahədə dövlət mexanizmini yaxşılaşdırmalı; tikinti sahəsində işçi-miqrantlar üçün qanunvericiliyi dəyişdirməli, həmin işçilərin iş şəraitinə nəzarəti yaxşılaşdırmalı; qurbanların hüquqi müdafiə imkanlarını yaxşılaşdırmalı, işçi-miqrantların pasportlarının saxlanmasına qadağaya riayət etməli; hüquq-mühafizə orqanlarını traffikinq qurbanları ilə davranış qaydalarını öyrətməlidir”, - Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Mark Laqon ötən həftə Konqresdə dünyada traffikinqin vəziyyətinə dair dinləmələrdəki çıxışındakı bildirib. “Bu məsələlər üzrə real irəliləyişin olmaması Azərbaycanın statusunu avtomatik olaraq aşağı salır”, - Laqon qeyd edib və əlavə edib ki, “statusun 3 səviyyəsinə endirilməsi vəziyyətin obyektiv qiymətləndirilməsi olmadan edilmir”.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.