Araz Əlizadə: "Milli Şura ölü doğulmuş uşaqdır"
  • Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə hesab edir ki, Milli Şura ideyası Azərbaycanın siyasi səhnəsində səsləndirilən cəfəng fikirlərdən biridir.

"Bizdə siyasətçilər var ki, seçki illərində göstərmək istəyirlər ki, biz də varıq. Hər dəfə bir fikir irəli sürürlər, gah İctimai Palata yaradırlar, gah Milli Şura yaradırlar, bəziləri deyir ki, gəlin müxalifətdən kimin namizəd olması üçün praymers keçirək", - bu barədə Trend-ə açıqlamasında ASDP-nın sədri Araz Əlizadə deyib.

Onun fikrincə, bu cür cəfəng fikirlər Azərbaycan siyasi səhnəsində tez-tez səslənir və Milli Şura təşəbbüsü də elə onlardan biridir.

Partiya sədri hesab edir ki, Milli Şura ideyası ölü doğulmuş uşaqdır, ayaq açıb gəzməyəcək və bunun cəmiyyətdə də heç bir nüfuzu olmayacaq. "Yəni, "sıfır üstəgəl sıfır üstəgəl sıfır", nə alınacaq?" - Əlizadə vurğulayıb.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.