Müsavat Partiyası başqanının oğlu Turqut Qəmbər 5 saat ifadə verdi
  • "Nida" təşkilatının idarə heyətinin üzvü tibarən Turgut Gəmbər bu gün yenidən Baş Prokurorluğun Ağır cinayətlərə dair istintaq idarəsinə çağırılıb.

Bu barədə musavat.com-a təşkilat üzvlərinin sosial şəbəkədə paylaşdığı qeydlərdən məlum olub.

Saat 14.40-da verilən məlumata görə, T.Qəmbər beş saatlıq sorğu-sualdan sonra sərbəst buraxılıb. O, həbsdə olan "Nida" üzvlərinin işi ilə bağlı şahid qismində ifadə verib. T.Qəmbər musavat.com-a açıqlamasında bildirib ki, istintaq sirri olduğuna görə müstəntiqlərin ona verdiyi sualları və özünün onlara nə cür cavablar verdiyini açıqlaya bilməz.

Bununla belə, "Nida" üzvlərinin hansi "cinayət işi"nə görə saxlandıqları aydın olduğundan, T.Qəmbərin hansı istiqamətdə sorğu-suala cəlb edildiyi sirr deyil.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.