“Əli Kərimliyə vitse-spikerlik vəd edilib, lakin Müsavatı parçalamaq müqabilində”
  • Bu barədə danışan politoloq Cümşüd Nuriyev bildirib ki, AXCP sədri iqtidardan Müsavat Partiyasını parçalamaq əmrini alıb.

Onun sözlərinə görə, Ə.Kərimli bilir ki, özünün prezident seçkilərində nəyəsə nail olmaq şansı çox aşağıdır: “Buna görə də əsas məqsədi “vahid namizəd” məsələsini gündəmə gətirməklə İsa Qəmbəri sıradan çıxarmaqdır. Müsavat başqanının zərərsizləşdirilməsi seçkidə müxalifətin uduzması bahasına olsa belə, Əli Kərimli bunu edəcək. Çünki ona müxalifətin qalib gəlməsi maraqlı deyil”.

C.Nuriyevin dediyinə görə, Əli Kərimli 1995 və 2000-ci illərdə 2 dəfə iqtidarla danışıqlara gedib deputat olması da eyni oyundur: “Həmin vaxt ona AXCP-ni parçalamaq və Elçibəyin vahid namizəd kimi seçkiyə getməsinə mane olmaq tapşırılmışdı. Və bunun öhdəsindən gəldi. İndi də Ə.Kərimliyə 2015-ci ildə parlamentə düşmək söz verilib. Həm də vitse-spiker vəzifəsi vəd edilib. Amma bunlar üçün builki öhdəliyini yerinə yetirməlidir. AXCP tam heyətlə bu işə başlayıb, çünki sədrdən başqa da 4 partiya funksionerinə parlamentin kreslosu qismət olacaq”.

Aynur Cəfərova

(hafta-ichi.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.