Obamadan Ərdoğana mühüm bir jest
  • Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın mayın 16-da ABŞ-a səfərində bir ilk olacaq.

Belə ki, Amerika prezidenti Barak Obama Ərdoğanı ancaq seçilmişlər üçün nəzərdə tutulan dövlət qonaq evi "Blair House"da qonaq edəcək.

Türkiyə baş naziri Amerika Birləşmiş Ştatlarına mayın 16-da səfər edəcək.

Qeyd edək ki, bu vaxta qədər bir çox lider və nazirləri qonaq edən "Blair House"da türk qonaqlar arasında mərhum prezident Turqut Özal, sabiq mərhum baş nazir Bülent Ecevit və keçmiş baş nazir Tansu Çiller olub.

Obamanın türk heyətini "Blair House"da qonaq etməsi mühüm bir jest kimi şərh edilir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.