İsmayıl Ömərov kollektivlə vidalaşdı
  • Aprelin 22-də İsmayıl Ömərov baş direktoru olduğu İctimai Televiziya və Radio Yayımları Şirkətinin kollektivi ilə vidalaşıb.

Mərasim şirkətin akt zalında keçirilib. İctimai Teleradio yaranandan - 2005-ci ildən iki dəfə bu şirkətin baş direktoru seçilən İsmayıl Ömərovun ikinci səlahiyyət müddəti 2013-cü ilin aprelində başa çatıb. O, şirkətə yeni baş direktorun seçilməsi üçün keçirilən müsabiqəyə qatılmayıb.

Aprelin 23-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası dörd namizəddən birini (Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu, Hüseynov Emin Rafik oğlu) şirkətin baş direktoru seçəcək.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.