"Hacıbala müəllimin üzərinə çox getməyə dəyməz"
  • Fazil Mustafa: “Bəzən hətta xoşagəlməyən ifadələri elə işlədir ki, stress altında yaşayan cəmiyyət epizodik də olsa, gülümsəmək imkanı qazanır”

Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun ardınca Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da jurnalistləri təhqir etməsi həm jurnalistlər, həm də ümumən cəmiyyətdə birmənalı qarşılanmayıb. Milli Məclisin deputatları Bakı merinin KİV təmsilçilərinə olan bu münasibətinə heyfsiləniblər.

Milli Məclis üzvü Fazil Mustafa Modern.az-a bildirib ki, Hacıbala Abutalıbov olduqca orijinal adamdır və onun bu kimi sözləri çox xoş qarşılanır: “Cəmiyyətin stressini götürmək üçün bəzən hətta xoşagəlməyən ifadələri elə işlədir ki, stress altında yaşayan cəmiyyət bir qədər bundan epizodik də olsa, gülümsəmək imkanı qazanır. Hər halda jurnalistlər Azərbaycan cəmiyyətində faydalı işlərlə məşğul olan dəyərli insanlarıdır. Amma onları bu formada ancaq Hacıbala müəllim “tərif edə” bilər. Başqası etsə, xoş qarşılanmaz, yaxşı baxılmaz. Ancaq Hacıbala müəllimin bütün çıxışları belə olduğuna görə, bunun üzərinə çox getməyə dəyməz”.

Azərbaycan qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov isə Bakı merinin jurnalistlərə bu münasibətinə ancaq təəssüfləndiyini deyib: “Bu sözləri nə münasibətlə deyib bilmirəm, yalnız təəssüflənə bilərəm. Başqa nə deyim?”.

Xatırladaq ki, Hacıbala Abutalıbov jurnalistləri “qəbirdəki ölüyə” bənzədib.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.