Ramil Usubova yeni müavin təyin edildi (FOTO)
  • Daxili işlər naziri, general-polkovnik Ramil Usubova yeni müavin təyin olunub.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Təşkilati-İnspeksiya İdarəsinin rəisi, polis general-mayoru Fazil Quliyev tutduğu vəzifədə saxlanılmaqla Ramil Usubovun müavini təyin edilib. Press24.az-ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, dövlət başçısı İlham Əliyevin yaxın vaxtlarda bu barədə sərəncam verəcəyi gözlənilir.

Qeyd edək ki, Fazil Quliyev 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1983-cü ildən daxili işlər orqanlarında xidmət edir.

1991-1999-cu illərdə Bakı şəhəri Daxili İşlər İdarəsinin Qərargahında bölmə rəisi, Qərargah rəisinin müavini, Bakı Şəhər Baş Polis İdarəsinin İqtisadi sahədə cinayətkarlıqla mübarizə İdarəsinin bölmə rəisi, Daxili İşlər Nazirliyinin İşlər İdarəsinin rəis müavini vəzifələrində işləyib.

1999-cu ildə Təşkilati-İnspeksiya İdarəsinin rəisi, 2001-ci ildə Baş Təşkilati-İnspeksiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.