“Qol maşını” “Çelsi”yə gedir?
  • Möhtəşəm oyunu ilə nəhəng klubların diqqət mərkəzində olan "Napoli”nin ulduzu Edinson Kavani İngiltərəyə köçə bilər.

Belə ki, "Çelsi” uruqvaylı futbolçunu heyətinə qatmaq istəyir. London təmsilçisinin PSJ və "Mançester Siti”nin də transfer etmək istədiyi futbolçu üçün qarşı tərəfə 49 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Hücumda Fernando Torresdən istədiyi oyunu ala bilməyən "Çelsi”, bu problemi həll etmək üçün Kavanini transfer etməkdə israrlıdır.

Məlumat üçün bildirək ki, 2011-ci ildən "Napoli” forması geyinən Kavani, 3 sezonda ümumilikdə 112 qol vurub.

Əli Əliyev

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.