“Atletiko” Arda ilə yolları ayırmaq istəmir
  • “Atletiko”nun oyunçusu Arda Turanın növbəti mövsüm üçün Türkiyədə çıxış edib-etməyəcəyinə aydınlıq gəlib.

Futbolçunun meneceri Əhməd Bulut bildirib ki, Madrid təmsilçisi yeni mövsümdə də Arda ilə əməkdaşlığı davam etdirmək fikrindədir.

“Atletiko” Arda ilə yolları ayırmaq istəmir. O, komandanın ən dəyərli oyunçularından biridir. Yaxın günlərdə klubla Ardanın gələcək karyerası ilə bağlı müzakirə aparacağıq. Amma indidən onu deyə bilərəm ki, Ardanın növbəti mövsümdə Türkiyədə oynamaq fikri yoxdur” – deyə o vurğulayıb.

Qeyd edək ki, bu yaxınlarda “Qalatasaray”ın prezidenti Ünal Aysal Ardanı geri qaytarmaq istədiklərini, bununla əlaqədar “Atletiko”nun prezidenti ilə danışıqlar apardığını deyib: “Amma onlar Ardanı satmaq fikrində deyillər. Bununla belə, Madrid klubunun rəhbərliyi ilə yenə danışıqlar aparacağıq”.

Əli Əliyev

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.