“Neftçi” – “Xəzər Lənkəran”oyununa daxili qoşunlar müdaxilə etdi (VIDEO)
  • Bu gün Tofiq Bəhramov adına Respublika meydançasında futbol üzrə Azərbaycan kubokunun final oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, həlledici görüşdə çempion "Neftçi" ilə "Xəzər Lənkəran" qarşılaşıb. Oyunda 120 dəqiqədə qapılara top vurulmadığına görə, qalib penaltilər seriyasında bəlli olub.

“Neftçi”nin qalibiyyəti iki komandanın oyunçuları arasında qarşıdurmaya səbəb olub. Stadionda əlbəyaxa dava düşüb. Sonradan bu davaya azarkeşlər də qoşulub.

PFL-in prezidenti Ramin Musayev öz mühafizəçiləri ilə meydana daxil olaraq onları ayırmağa çalışıb. Oyuna nəzarət edən Daxili Qoşun qüvvələri və polis davaya müdaxilə edib, meydançaya yadırıcı və tüstüləyici maddələr atılıb. BŞBPİ-nin rəis müavini Səhlab Bağırov da meydançaya daxil olub və bundan sonra qarşıdurma sakitləşib.

“Qafqazinfo”nun əməkdaşının müşahidələrinə görə, davaya səbəb “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin qıcıqlandırıcı hərəkətləri olub.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.