Səfir: “Çin Ermənistana hücum tipli silah satmayıb, satmır, satmayacaq”
  • Çin Ermənistana hücum tipli silah satmayıb, satmır və satmayacaq.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Çinin Azərbaycandakı səfiri Xun Tsyuin deyib.

Onun sözlərinə görə, Çin hökuməti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bir daha təsdiq edir: “Eyni zamanda BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin həyata keçirilməsinə çağırırıq. Çin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həllinə tərəfdardır və dünya ictimaiyyətinin bu istiqamətdəki səylərini dəstəkləyir”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.