Bakı metrosunda dəhşətli anlar
  • Dünən axşam saat 21.45 radələrində Bakı Metropoliteninin 28 May stansiyasında bədbəxt hadisə baş verib.

Hadisə yerində olan “FaktXəbər” əməkdaşının bildirdiyinə görə, 20-25 yaşlarında cavan oğlan qəfildən metronun relsləri üzərinə yıxılıb. Hadisə qatarın stansiyaya yaxınlaşdığı anda olub. Bundan sonra isə hadisələr film səhnələrini xatırladıb. Bələdçinin qatarın yaxınlaşmasını elan etməsini eşidən cavan oğlanlar metronun relsləri üzərinə atılaraq oğlanı oradan çıxarıblar.

Daha sonra hadisə yerinə polis əməkdaşları gəliblər. Əvvəlcə oğlanı kiminsə itələməsindən şübhələnilsə də, su içdikdən sonra özünə gələn cavan, sadəcə başının gicəlləndiyini və müvazinətini itirərək yıxıldığını deyib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.