Müsavat başqanı İsa Qəmbər Mirmahmud Mirəlioğlunun çıxışını qeyri-ciddi adlandırdı
  • “Mirmahmud Əli , Əli Mirmahmud münasibəti davam edəcəksə, biz heç nə etməyəcəyik”.

Bunu KXCP-nın sədri Mirmahmud Mirəlioğlu Milli Şuranın sessiyasındakı çıxışında deyib. Mirəlioğlu bildirib ki, hərə öz titulunu kənara qoymalıdır. O, Milli Şura sədrinin vahid namizəd ola biləcəyini də deyib. Müsavat partiyasının sədri İsa Qəmbər Mirmahmud Mirəlioğlunun mövqeyini qeyri-ciddi və mübahisəli olduğunu qeyd edib.

APA-nın məlumatına görə, MŞ üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının çıxışı digər MŞ üzvü, Azərbaycan Hüquqşünaslar Assosiasiyasının prezidenti Ənnağı Hacıbəylinin etirazına səbəb olub.

F. Qəhrəmanlının əsasən hakimiyyətin tənqidi üzərində qurduğu çıxışından sonra söz alan Ə. Hacıbəyli üzünü Müsavat başqanı İsa Qəmbərə tutaraq, “25 ildir, eyni şeyi danışırsınız. Biz bunları çox eşitmişik. Milli Şuranın vəzifələri, təkliflər barədə danışın. Reqlament müəyyənləşdirin”, - deyə narazılıq edib.

İ. Qəmbər isə bildirib ki, çıxışçılar bu etirazı nəzərə almalıdırlar.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.