Müxalif liderlər Elçibəyi ziyarət etdilər (FOTO)
  • Bu gün Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin anadan olmasının 75-ci ildönümüm münasibətilə Fəxri Xiyabanda onun məzarı ziyarət edilib.

FOXnews.az-ın “Qafqazinfo”-ya istinadən veridyi məlumata görə, anım tədbirində çoxsaylı  insanlar, o cümlədən müxalifət partiyalarının rəhbərləri, Milli Şuranın üzvləri, ziyalılar və gənclər  iştirak edib. Anım mərasimi Azərbaycanın milli himninin səsləndirilməsi ilə açıq elan olunub.

Xatırladaq ki, Milli Azadlıq Hərəkatının Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1992-ci il iyunun 7-də prezident seçilib və bir il sonra Bakını tərk edərək 1993-cü il iyunun 17-də Ordubad rayonunun Kələki kəndinə gedib. Uzun sürən ağır xəstəlikdən sonra o 2000-ci ilin avqustun 22-də vəfat edib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.