İqbal Ağazadə: Rüstəm İbrahimbəyov siyasətçi olmadığından fikirlərini formalaşdıra bilmir
  • "Rüstəm siyasətdən uzaq adamdır, seçkinin nə olduğunu, bu istiqamətdə seçicilərlə, jurnalistlərlə, vətəndaşlarla, hansı dildə danışmaq lazım olduğunu bilmir".

Rüstəm İbrahimbəyov siyasətçi deyil, bunu Trend-ə Azərbaycanın müxalif Ümid Partiyasının sədri İqbal Ağazadə Rüstəm İbrahimbəyovun Rusiya mətbuatına müsahibəsində Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Ağazadə deyib ki, Rüstəm İbrahimbəyov siyasətçi olmadığından fikirlərini də formalaşdıra bilmir: "Mən Rüstəm İbrahimbəyov haqqında ilk dəfə fikrimi demişdim ki, nə olmağından asılı olmayaraq Rüstəm bəy sadəcə siyasətçi deyil və buna görə də o öz fikirlərini bu istiqamətdə nə ifadə edə biləcək, nə də siyasi mövqe ortaya qoya biləcək".

Ağazadə Rüstəm İbrahimbəyovun "jurnalistlərin ağzından vurmaq" ifadəsini də yalnış hesab edir: "Bu, yalnış ifadədir. Rüstəm bəy siyasətdən uzaq adamdır, seçkinin nə olduğunu, bu istiqamətdə seçicilərlə, jurnalistlərlə, vətəndaşlarla, cəmiyyətlə hansı dildə danışmaq lazım olduğunu bilmir".

Belə olan halda Rüstəm İbrahimbəyov nədən Milli Şuranın vahid namizədi kimi irəli sürülüb sualına cavab verərəkən Ağazadə qeyd edib ki, bu, Milli Şuranın problemidir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.