Barak Obama: "Moskvada "soyuq müharibə" stereotipləri oyanmaqdadır"
  • "ABŞ ara verməli və Rusiya ilə münasibətləri yenidən qiymətləndirməlidir"

Moskvada anti-Amerika ritorikasının güclənməsi fonunda ABŞ ara verməli və Rusiya ilə münasibətləri yenidən qiymətləndirməlidir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Vaşinqtonda keçirilən mətbuat konfransında ABŞ prezidenti Barak Obama çıxış edib. O qeyd edib ki, əvvəllər Moskva ilə Vaşinqton Əfqanıstandakı vəziyyət və Rusiyanın Ümumdünya Ticarət Təşkilatına qəbulu kimi məsələlərin həllində böyük uğurlara imza atıb. Bununla belə Obama hesab edir ki, Moskvada yenidən “soyuq müharibə” stereotipləri oyanmaqdadır.

ABŞ prezidenti onu da əlavə edib ki, bütün bunlara baxmayaraq onun Rusiya prezidenti Vladimir Putinlə normal münasibətləri var.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.