Əli Kərimlinin evinə oğru girib
  • AXCP sədri ailəsilə birlikdə evdə olmadığı vaxt kimsə və ya kimlərsə mənzilə daxil olub

AXCP sədri Əli Kərimliyə qarşı yeni təxribat baş verib. Naməlum şəxslər onun mənzilinə daxil olub. Hadisə avqustun 9-da baş verib. Kərimli ailəsilə birlikdə müəyyən müddətə evdən kənarda olub. Bu zaman kimsə və ya kimlərsə mənzilin qapısını xüsusi üsullarla açaraq içəri girib. Mənzildən heç nə oğurlanmayıb. Bu isə çağırılmamış qonaqların nəsə başqa məqsədinin olduğunu göstərir.

Əli Kərimli “azadliq.info”ya bildirib ki, bir neçə gün qabaq da eyni hal baş verib. Yenə AXCP sədri ailəsilə birlikdə evdə olmadığı vaxt kimsə və ya kimlərsə mənzilə daxil olub.

“Bir neçə gün bundan əvvəl də ailəliklə evdə olmadığımız vaxt qapılarımızın kənar şəxs tərəfindən açılmasının əlamətlərini gördük. Hadisə qısa müddətdə iki dəfə təkrarlandığından qərara gəldim ki, bu barədə ictimaiyyəti məlumatlandırım. Çağırılmamış qonaqların evdə olmadığımız zaman mənzilimdə nə etdiklərini bilmirəm. Amma əminəm ki, bu adamlar xüsusi xidmət orqanları ilə bağlı olub və baş verənlər mənim siyasi fəaliyyətimlə bağlıdır”, - deyə Əli Kərimli bildirib

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.