Tofiq Yaqublu evinə zəng vurub
  • “Yeni Müsavat”ın həbsdə olan köşə yazarı, Musavat başqanının müavini Tofiq Yaqublu bu gün həbsxanadan ailə üzvlərinə telefon açıb.

Bu barədə siyasi məhbusun qızı Nigar Yaqublu özünün Facebook səhifəsində yazıb. Niğar Yaqublununbu təsirli mesajını təqdim edirik: “Bu gün ata zəng etmişdi. Onun üçün çox darıxmışam. Artıq 8 ay oldu ki, onu görə bilmirəm. Və bilmirəm də bu nə vaxta qədər sürəcək. Bu an bir istəyim var. Atanı qucaqlayıb, boynuna sarılıb, onu doya-doya öpmək.

Bilirəm ki, nə vaxtsa bu həsrət bitəcək və o gün uzaqda deyil. Günahsız yerə həbsdə olan bütün məhbuslara azadlıq arzulayıram”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.