Əli Əhmədov YAP-ın səlahiyyətli nümayəndəsi oldu
  • Siyavuş Novruzov və Mübariz Qurbanlı da seçkilərdəki səlahiyyətli nümayəndə kimi təsdiq olunublar

Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 9 oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.

FOXnews.az-ın Sia.az-a istinadla verdiyi xəbərə görə, komissiya sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda partiya tərəfdən səlahiyyətli nümayəndə kimi təqdim olunan siyahı açıqlanıb.

Belə ki, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov, icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı səlahiyyətli nümayəndə kimi təsdiq olunublar.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.