Əli Kərimli vahid namizəd olmaq istəyir
  • “AXCP bu seçkidə öz namizədi ilə o zaman iştirak edə bilər ki, bir yerdə olduğumuz demokratik qüvvələr belə bir razılığa gəlsinlər”

Bu gün AXCP Ali Məclisinin keçirilən sessiyasında təşkilat rəhbəri Əli Kərimli Milli Şuranın vahid namizədlik məsələsində özünün də iddialı olduğunu gizlətməyib.

Əli Kərimli yeni situasiyanın yarandığını qeyd edib: “Rüstəm İbrahimbəyovun sənədlərini qaydaya sala bilmədiyi üçün seçkidən kənarda qala biləcəyi ehtimalı yaranıb. Bu halda demokratik qüvvələr İbrahimbəyovun namizədliyi üzərində son məqama qədər israr etməklə, onun özünün də iştirakı ilə yenidən vahid namizəd müəyyənləşdirməlidir. AXCP indiyə qədər olduğu kimi, bu məqamda da konstruktiv mövqe tutmalıdır. Partiya bu seçkidə özünün iştirakı ilə bağlı da məsələni nəzərdən keçirməlidir”.

Bundan sonra Əli Kərimli AXCP-nn fəaliyyətində və təbliğat kursunda yeni vəzifələr ortaya çıxaracaq bir məqamı açıqlayıb: “Mən hesab edirəm ki, AXCP bu seçkidə öz namizədi ilə o zaman iştirak edə bilər ki, bir yerdə olduğumuz demokratik qüvvələr belə bir razılığa gəlsinlər”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.