Bakının mərkəzindəki gecə klubu sakinləri ayağa qaldırdı
  • Bakının mərkəzində bir neçə gün əvvəl qətl törədilmiş gecə klubunun bağlanması tələb olunur. Səbail rayonu, Xaqani küçəsində yerləşən “Troya” gecə klubunun yerləşdiyi binanın sakinləri M şikayət ediblər.

Barın yerləşdiyi binanın 2, 3 və 4-cü mərtəbəsində yaşayan sakinlər məktubda qeyd edirlər ki, həmin klubun əlindən gecə-gündüzləri yoxdur: “Səs-küydən evdə yata bilmirik. Dəfələrlə obyektin sahibinə şikayət etsək də, deyir ki, kimə istəyirsiniz, şikayət edin”.

Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin rəisi Orxan Şirinov açıqlamasında bildirib ki, həmin bar kommersiya fəaliyyəti ilə məşğuldur. Bu məsələ ilə bağlı sakinlərin şikayəti varsa, aidiyyəti qurumlara, rayon icra hakimiyyətinə müraciət etsinlər. Bölmə rəisinin sözlərinə görə, polis olaraq ictimai asayişin bərpasına xidmət edir.

Səbail Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsindən bildirilib ki, bu məsələ ilə bağlı Ticarət Departamenti məşğul olur. Sakinlərin kommersiya fəaliyyəti ilə məşğul olan obyektdən şikayəti varsa, həmin quruma müraciət etsinlər.

Ticarət Departamentindən isə məsləhət gördülər ki, sakinlər problem və şikayətləri ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktubla müraciət etsinlər. Başçının razılığı əsasında departament araşdırma aparıb problemi həll edəcək və lazım bildiyi halda klub dərhal bağlanacaq.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.