Aygünlə İlhamə arasındakı dava yenidən qızışdı
  • Xalq artisti İlhamə Quliyevanın Hollivuda gedən ilk müğənni olması haqda “Onlar” verilişinə açıqlaması qalmaqal yaradıb.

İlhamə Quliyevanın bu sözlərlə Aygün Kazımovanın ünvanına atmaca atdığı bildirilib. Süjetin hər iki ifaçı arasında olan davanı daha da şiddətləndirmək məqsədilə qəsdən efirə verildiyi iddia edilib.

Axşam.az-ın müxbirilə söhbətində “Onlar”ın rejissoru və aparıcısı Afaq Gəncəli məsələylə bağlı fikirlərini bildirib. O deyib ki, bu süjet xalq artistləri arasında münaqişə yaratmaq üçün yayımlanmayıb:

“Bu cür söz-söhbətlərdən yoruldum. Mənim məqsədim qalmaqal yaratmaq, İlhamə Quliyeva ilə Aygün Kazımova arasında dava salmaq olmayıb. Süjetdən də göründüyü kimi, müsahibədə Aygün xanımın adı çəkilmir. Sualım belə idi: “İlhamə xanım, hər zaman ilklərə imza atmısınız. Bunlar arasında daha bilmədiyimiz nələr olub?”. O da öz növbəsində bildirdi ki, Hollivuda gedən ilk müğənni olmuşam. Mənim məqsədim onun yaradıcılığının bilinməyən tərəflərini açmaq, sualıma cavab tapmaq idi.

Aygün Kazımova hörmət etdiyim, sevdiyim ifaçıdır. Hər zaman eksklüziv xəbərlərini mənə verir. Onun əleyhinə yönəldiləcək süjet vermərəm.

Eləcə də İlhamə xanım. O, dəyər verdiyim, sayıb-seçdiyim bir sənətkardır. Hər iki xalq artisti küsülülük tərəfdarı deyil. Bu yaxınlarda onların barışacağını da bilirəm. Belə olan halda qalmaqal etmək fikrim olmayıb”.

Aparıcının sözlərinə görə, verilişin süjetlərinin bu dərəcədə müzakirə olunmasına sevinir:

“Amma düzgün qələmə alınmamasına təəssüf edirəm. Hər iki sənətkara hörmətimiz var. Biz deyiləni göstəririk. Əfsuslar olsun ki, böyük sənətkarın doğum günündə olan müsbət məqamları deyil, bu açıqlamanı şişirdib olay yaratdılar”.

Xatırladaq ki, Aygün Kazımova bir müddət öncə məşhur reper Snup Dogla birlikdə Hollivudda klip çəkdirib. İ.Quliyeva isə Hollivudla bağlı açıqlamasında bunları demişdi:

“Hollivuda ilk gedən mən olmuşam. 9 il bundan əvvəl getmişdim, dörd-beş medalla döndüm. Mən nəsə edəndə atlanıb düşüb demirəm ki, bunu etdim, filan yerə getdim. Sual verirlər cavablandırıram”.

Xalq artistinin sözügedən açıqlamasını videonun 7:42-ci dəqiqəsində izləyə bilərsiniz.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.