Sirus Təbrizli vəfat edib
  • Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri, keçmiş YAP-çı Sirus Təbrizli vəfat edib.

Vəkil Aslan İsmayılov APA-ya bildirib ki, S. Təbrizlinin dünyasını dəyişməsi barədə ona qızları məlumat veriblər. Vəkilin sözlərinə görə, S. Təbrizli Nabrandakı bağ evində dünyasını dəyişib: “Onun ölümünün səbəbi hələlik bilinmir. Sirus Təbrizli gecə yatıb, səhər yuxudan ayılmayıb”.

Sirus Təbrizli Xudadat oğlu 9 may 1942-ci ildə Təbriz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Yeni Azərbaycan Partiyası sədr müavini olub. Bir neçə çağırış Milli Məclisin deputatı seçilib.

Evlidir, 2 övladı var.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.