Hiddink artıq Anjidə
  • Türk millisinin keçmiş çalışdiricisi Hollandiyalı mütəxəssis Qus Hiddink Rusiyanın “Anji” futbol klubuna baş məşqçi təyin olunub.

66 yaşlı mütəxəssislə ilyarımlıq müqavilə bağlanılıb.

Onun təyinatı barədə yaxın 24 saat ərzində rəsmi açıqlama veriləcək. Hiddink “Anji”yə Türkiyədəki təlim-məşq toplantısında qoşulacaq. Təcrübəli mütəxəssisin “Anji”dəki köməkçiləri “Utrext”in sabiq baş məşqçisi Ton dyu Şatinyo ilə əvvəllər Yaponiyada çalışmış Jelko Petroviç olacaq.

Qeyd edək ki, Qus Hiddinkin son iş yeri Türkiyə yığması olub. O, 2011-ci ilin noyabrında tutduğu postdan kənarlaşdırılıb. Səbəb kimi “ay-ulduzlular”ın 2012-ci il Avropa çempionatına yüksələ bilməməsi göstərilib. Hiddink 2006 – 2010-cu illərdə Rusiya millisində də çalışıb və komandaya 2008-ci il Avropa çempionatının bürünc medallarını qazandırıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.