Azərbaycanlı məşqçi "Qalatasaray"da
  • Vladislav Qədirov İstanbul klubunun düşərgəsində təcrübə keçəcək.Vladislav Qədirov Türkiyənin "Qalatasaray" klubunun düşərgəsinə yollanacaq.

"Rəvan"ın baş məşqçisi İstanbul klubunun düşərgəsində təcrübə keçəcək. Qeyd edək ki, Qədirov UEFA-nın Bakıda keçirdiyi Pro kateqoriyalı kurslarda iştirak edir. UEFA Pro almaq istəyənlərin qarşısına iki əcnəbi klubun düşərgəsində təcrübə keçmək tələbi qoyub. Bu səbəbdən də, "Rəvan"ın baş məşqçisi iki klub axtarmalı olub.Qədirov ilk olaraq Rusiyaya üz tutacaq. "Rəvan"ın çalışdırıcı şimal ölkəsinin klublarından birində təcrübə keçəcək. Daha sonra isə "Qalatasaray"ın düşərgəsinə üz tutacaq məşqçi Fatih Terimin yanında təcrübə keçəcək.Qeyd edək ki, Pro kateqoriyalı kurslara 11 mütəxəssis qatılıb. Vladislav Qədirovla yanaşı, Qurban Qurbanov ("Qarabağ"ın baş məşqçisi), Vəli Qasımov (U-19-un baş məşqçisi), Təbriz Həsənov (U-17-nin baş məşqçisi), Şahin Diniyev (işsiz), Arif Əsədov (işsiz), Nazim Süleymanov (işsiz), Yüksəl Köpoğlu ("Bakı"nın aşağı yaş qrupları üzrə komandalarının rəhbəri), Cüneyt Biçer ("Xəzər Lənkəran"ın idman direktoru),Yaşar Vahabzadə (milli komandanın məşqçisi) və Babək Alxasov (milli komandanın məşqçisi) məşqçilikdə ən yüksək lisenziyanı almaq istəyir. Onlardan bəziləri təcrübə keçəcəkləri klubları müəyyənləşdirsə də, bəziləri hələ də axtarışdadır. 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.