DİN İqbal Ağazadənin təşviqatçılarının saxlanılmasına aydınlıq gətirdi
  • Daxili İşlər Nazirliyi prezidentliyə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadənin 25 təşviqatçısının Sumqayıtda saxlanılması ilə bağlı məlumatlara münasibət bildirib.

DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov sorğuya cavab olaraq bildirib ki, İqbal Ağazadənin verdiyi məlumat həqiqətə uyğun deyil: “Çox təəssüf edirəm ki, prezidentliyə namizəd, partiya sədri olan birisi seçki ərəfəsində ictimaiyyətə doğru olmayan məlumat verməkdən çəkinmir. Bəli dünən Sumqayıt  şəhərində məşhur türkiyəli müğənni Rafet El Romanın konsertində ictimai asayişi və təhlükəsizliyi təmin edən polis əməkdaşları bir qrup şəxsin təşviqat aparmalarını  görüblər. Lakin Seçki Məcəlləsinin bütün maddələrinə yaxşı bələd olan polislər nəinki onlara yaxınlaşmayıblar, hətta onların kimlikləri ilə belə maraqlanmayıblar”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.