Viltali Kliçko karyerasını başa vurur
  • WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə superağır çəkidə dünya çempionu, ukraynalı boksçu Vitali Kliçko tezliklə idmançı karyerasını başa vurmaq istədiyini açıqlayıb.

Məşhur boksçu bunu “TVi” telekanalındakı çıxışında bildirib. Kliçko deyib: “Mən artıq idmançı karyeramı başa vururam. Bir, maksimum iki döyüş keçirəcəyəm”. Bununla yanaşı, 40 yaşlı boksçu tərəfdarlarını məyus olmamağa çağırıb və xatırladıb ki, qardaşı Vladimir 5 yaş kiçikdir və qələbələri ilə hələ uzun müddət onları sevindirəcək”.Qeyd edək ki, peşəkar rinqdə Vitali Kliçko 45 döyüşdən 43-ünü qələbə ilə başa vurub. Onlardan 40-da nokaut qeydə alınıb. Əvvəllər həvəskar boksçu kimi də çıxış etmiş böyük Kliçko 210 qarşılaşmasının 195-dən qalib ayrılıb. O, 2005-ci ildə bir neçə ciddi zədə aldığından, karyerasını başa vurduğunu açıqlayıb və aktiv siyasətlə məşğul olub. Lakin 2008-ci ildə həkimlər onun rinqə qayıtmasına icazə veriblər.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.