Subaşiç Xorvatiya yığmasına çağırıldı
  • Futbol üzrə 2012-ci il Avropa çempionatının “pley-off” mərhələsində Türkiyə yığması ilə qarşılaşacaq Xorvatiya yığmasının heyəti açıqlanıb.

baş məşqçi Slaven Biliç komandanın ən önəmli yarımmüdafiəçilərindən sayılan Niko Krançarla hücumçu Mladen Petriçə dəvət göndərməyib. Səbəb hər iki oyunçunun zədəli olmasıdır. Biliçin çağırdığı futbolçular: 
Qapıçılar: Stipe Pletikoşa (“Rostov”, Rusiya), Daniel Subaşiç (“Hajduk”), İvan Kelava (“Dinamo” Zaqreb), Vyekoslav Tomiç (“Karabükspor”, Türkiyə)
Müdafiəçilər: Dario Srna (“Şaxtyor”, Ukrayna), Vedran Çorluka (“Tottenhem”, İngiltərə), Şime Vrsalko (“Dinamo” Zaqreb), Deyan Lovren (“Lion”, Fransa), Yosip Şimuniç (“Dinamo” Zaqreb), İvan Striniç (“Dnepr”, Ukrayna), Qordon Şildenfeld (“Ayntraxt” Frankfurt, Almaniya), Domaqoy Vida (“Dinamo” Zaqreb), Manuel Pamiç (“Sparta” Praqa, Çexiya)
Yarımmüdafiəçilər: Oqnyen Vukoyeviç (“Dinamo” Kiyev, Ukrayna), İvan Rakitiç (“Sevilya”, İspaniya), Tomislav Duymoviç (“Dinamo” Moskva, Rusiya), Luka Modriç (“Tottenhem”, İngiltərə), Milan Badel (“Dinamo” Zaqreb), Mato Yayalo (“Köln”, Almaniya), Ivan Perişiç (“Borussiya” Dortmund, Almaniya), Daniel Pranyiç (“Bavariya”, Almaniya), İvo İliçeviç (“Hamburq”, Almaniya)
Hücumçular: Mario Mandjukiç (“Volfsburq”, Almaniya), Eduardo Da Silva (“Şaxtyor”, Ukrayna), Nikitsa Yelaviç (“Qlazqo Reyncers”, Şotlandiya), Nikola Kaliniç (“Dnepr”, Ukrayna), İvan Klasniç (“Bolton”, ingiltərə), İvitsa Oliç (“Bavariya”, Almaniya)
Lakin bu, ilkin siyahıdır. Yekun siyahı noyabrın 2-də açıqlanacaq. Xorvatiya yığması noyabrın 6-da paytaxt Zaqrebdə bir araya gələcək. Türkiyə ilə ilk görüş noyabrın 11-də İstanbuldakı “Türk Telekom Arena”da olacaq. Görüş Bakı vaxtı ilə saat 23:05-də başlanacaq. Cavab qarşılaşması isə noyabrın 15-də eyni saatda Zaqrebdəki “Maksimir” stadionunda oynanılacaq.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.