Pele Messini “natamam oyunçu” adlandırdı
  • Əfsanəvi futbolçu Pele ən effektli oyunçu və Avropanın ən yaxşı birinciliyi barədə fikirlərini bölüşüb.

71 yaşını Londonda qeyd edən futbol kralı İngiltərə Premyer Liqasını tərifləyib. 
Onun fikrincə, Premyer Liqa İspaniya Primerosundan güclü olmaqla yanaşı, Avropanın ən yaxşı çempionatıdır. Pele hücumda tərəfdaş kimi “Barselona”da çıxış edən Lionel Messini yox, öz həmyerlisi Neymarı gördüyünü də söyləyib: “Messinin oyun üslubu xoşuma gəlir. Lakin o, hərtərəfli deyil, başla oynamağı bacarmır. Bu səbəbdən, hücum xəttində tərəfdaşım qismində Neymarı seçərdim”. Qeyd edək ki, əvvəllər Pele Messiyə öz oyunlarından hazırlanan film göndərmək niyyətini açıqlayıb. Futbol kralı anlatmaq istəyib ki, onun səviyyəsinə çatmaq üçün argentinalı hücumçu hələ də artırmalıdır. Əvəzində Pelenin fikrincə, 2009-cu ildən Braziliya “Santos”unda çıxış edən Neymar hazırda dünyanın ən yaxşı futbolçusudur. Gənc “sambaçı”nın özü isə “Barselona”nı dünyanın ən yaxşı komandası adlandırsa da, “Santos”un İspaniya klubuna qalib gəlmək iqtidarında olduğunu vurğulayıb. Neymarın qış transfer dövründə “Barsa”nın əzəli rəqibi “Real Madrid”ə keçəcəyi gözlənilir. Bunu futbolçunun özü də təsdiqləyib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.