Arda Turan sevgilisini də dəyişdi
  • Futbolçunun yeni sevgilisi telekanal aparıcısıdır.“Qalatasaray” klubundan İspaniyanın “Atletiko” klubuna transfer olan Türkiyə millisinin ulduzu Arda sevgilisi, aktrisa Sinem Kobaldan ayrılıb.

Sürpriz ayrılığın səbəbinin “Fashion TV” telekanalında proqram aparıcısı Ceylan Çapa olduğu bildirilir. Qızğın “Qalatasaray” tərəfdarı olan xanım aparıcı ilə Ardan Turan Türkiyə millisinin oyunları ilə bağlı İstanbula gələrkən tanış olub. Bundan sonra Arda Turan və Ceylan Çapa tez-tez əlaqə saxlamağa başlayıblar.Qeyd edək ki, bir müddət əvvəl Arda Turanın “Qalatasaray” komandasının baş məşqçisi Fatih Terimlə birlikdə Sinem Kobalı ailəsindən istəməyə getdiyi barədə xəbər yayılmışdı. Ancaq bu xəbər yalan çıxıb. Cütlüyün nikahının gözlənildiyi bir ərəfədə ayrılıq xəbəri gəlib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.