Məşhur futbolçu və məşqçi qarət olundu
  • Rusiya futbolunun flaqmanı sayılan “Spartak”ın baş direktoru və baş məşqçisi Valeri Karpin soyğunçuların qurbanı olub.

Hüquq mühafizə orqanlarındakı mənbələrdən “İnterfaks”a verilən məlumata görə, Karpin telefonla danışmaq üçün avtomobilini dayanacaqda saxlamaq istəyib. Bu zaman naməlum şəxs maşının sağ qapısını açıb və oturacağın üstündəki çantanı götürüb. Cinayətkar avtomobilin şüşəsini qırıb və baş məşqçini hədələyib. 42 yaşlı mütəxəssis xəsarət almasa da, hücum edən şəxs tez aradan çıxıb. Çantada 200 min rubl pul və sənədlər olub. 

Zərərçəkən hüquq-mühafizə orqanlarına şikayət edib. Polis oğrunu axtarır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.