Yığmamızın heyəti açıqlandı
  • Noyabrın 11-də Tirana şəhərində Albaniya yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Foxnews.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin baş məşqçisi Berti Foqts yoxlama matçına 22 oyunçu dəvət edib. 
Onların arasında son qarşılaşmalarla müqayisədə yenisi “İnter”də çıxış edən Nizami Hacıyevdir. 
Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Andriy Popoviç (“Sumqayıt Şəhər”), Aqil Məmmədov (“Bakı”)
Müdafiəçilər: Rəşad Sadıqov (“Qarabağ”), Volodimir Levin (“İnter”), Vurğun Hüseynov (“Qəbələ”), Rail Məlikov (“Neftçi”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”), Mahir Şükürov (“Qəbələ”)
Yarımmüdafiəçilər: Ufuk Budak (“Frayburq”, Almaniya), Ruslan Abışov (“Neftçi”), Aleksandr Çertoqanov (“Qəbələ”), Rəşad Sadiqov (“Qarabağ”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”)
Hücumçular: Nizami Hacıyev (“İnter”), Əfran İsmayılov (“Qarabağ”), Arif İsayev (“Qəbələ”), Branimir Subaşıç (“Xəzər Lənkəran”), Vüqar Nadirov (“Qarabağ”), Rauf Əliyev (“Qarabağ”), Elşən Məmmədov (AZAL), Murad Hüseynov (“Qəbələ”)
Millimiz noyabrın 7-dən 11-dək Albaniyanın Dürres şəhərində təlim-məşq toplanışında olacaq. Oyundan sonra yığmamız Tiranadan Almaniyanın paytaxtı Berlinə yola düşəcək. Millimiz FİFA-nın təqvimində rəsmi oyun günü olan noyabrın 15-də “Union Berlin”lə qarşılaşacaq. Yoxlama xarakterli bu oyunda iştirak etmək üçün millinin baş məşqçisi Berti Foqts tərəfindən təkcə millidə mütəmadi olaraq çıxış edən futbolçulara yox, eyni zamanda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına cəlb olunan gənc və yaxın zamanlarda əsas millidə oynamaq perspektivi olan oyunçulara da dəvət göndəriləcək. Məqsəd gənc futbolçuların millidə təcrübə toplaması, növbəti seçmə mərhələlərdə çıxış etmək ehtimalı yüksək olan oyunçuların sınaqdan keçirilməsi, həmçinin millinin ab-havasını hiss etmələrinə şərait yaradılmasıdır.

Qeyd edək ki, 2008-ci il noyabrın 19-da Bakıda Azərbaycan və Albaniya milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.