İlham Rəhimov Rusiyada baş verənlərdən danışdı
  • İlham Rəhimov Rusiyanın daxili işlər nazirinin həmyerlimiz Orxan Zeynalovu əli-qolu bağlı kabinetinə gətirməsini kəskin tənqid edib və öz tənqidini əsaslandırıb.

Professor İlham Rəhimov Rusiyada baş verən son olaylarla bağlı “Yeni Müsavat”  qəzetinə və minval.az saytına geniş müsahibə  verib. Rusiya iqtidarı yanında ciddi nüfuza malik olan xeyriyyəçi iş adamı Moskvada cərəyan edən hadisələri dəyərləndirib, Rusiyanın daxili işlər nazirinin həmyerlimiz Orxan Zeynalovu əli-qolu bağlı kabinetinə gətirməsini kəskin tənqid edib və öz tənqidini əsaslandırıb. O da məlum olub ki, professor İ. Rəhimov cinayətdə şübhəli bilinən O. Zeynalova keyfiyyətli hüquqi yardım üçün Rusiyadakı bir sıra hüquqşünas tələbə yoldaşlarına telefon açaraq, onlardan dəstək istəyib.

İlham Rəhimov bu məsələdə Kremlin, şəxsən Putinin siyasi mövqeyi, onun hadisələrə münasibəti, Azərbaycan iqtidarına təzyiq iddiaları, Moskvadakı bazarların bağlanması və s məsələlərlə bağlı suallara da ətraflı cavab verib. Müsahibə “Yeni Müsavat” qəzetinin sabahkı sayında dərc olunacaq.

Minval.az saytına rus dilində verdiyi müsahibə isə bir neçə saat sonra portalda yayınlanacaq.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.